Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək
 

SİYASƏT 14:48 / 15.11.2022 Baxış sayı: 32903

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.
Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən "Report"a verilən məlumata görə, R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.
Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.