Deputatlara verilən aylıq pul təminatı gəlir vergisinə cəlb ediləcək

İQTİSADİYYAT
16:28 / 29.07.2022
Baxış sayı: 32601
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, Milli Məclisin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisinə cəlb ediləcək.